Daha 1 futbolçu məşq zamanı zədə aldı
Braziliya milli komandasının daha bir futbolçusu zədələnib.Bu dəfə Villian məşq vaxtı xəsarət alıb.
Sportal.az xəbər verir ki, o, Ernaneslə toqquşduqdan sonra yıxılaraq, bir neçə dəqiqə yerdə qalıb. Nəticədə o, məşqi yarımçıq tərk etməli olub. Villianın Almaniya ilə yarımfinal matçında meydana çıxması sual altına düşüb. Halbuki baş məşqçi Luis Felipe Skolari onu Kolumbiya ilə 1/4 final qarşılaşmasında zədələnmiş Neymarın yerinə oynatmaq istəyirdi. İndi həmin mövqedə Bernardın oynayacağı gözlənilir.
Qeyd edək ki, Braziliya - Almaniya matçı iyulun 10-a keçən gecə Bakı vaxtı ilə saat 1:00-da başlanacaq. Digər yarımfinal oyununda isə Argentina ilə Hollandiya üz-üzə gələcək.
saytlarin hazirlanmasi