Ulduz futbolçu mətbuata maraqlı açıqlamalar verib
Argentina millisinin üzvü Messi yarımfinala çıxdıqları üçün çox sevincli olmasını deyib.
Sportal.az xəbər verir ki, dünyaca məhşur futbolçu ilk hədəflərinin yarımfinal, indi isə yeganə hədəfin çempionluğ olduğunu deyib. 1/4 final oyununda Belçika ilə çox çətin mübarizənin getdiyini də deyib.
"İlk hədəfimizə çatdıq və indi yarımfinaldayıq. Təbii ki bununla kifayətlənmək istəmirik. Belçika ilə oyundan həzz aldıq. Hər oyunda çox qaçırdıq. Amma bu oyunda daha çox qaçdıq. Ola bilər ki təhlükəli vəziyyətlər yarada bilmirdik. Amma bu bizim karyeramızda ən çox hərəkətdə olduğumuz oyunlardan biridir. Oyunun sonlarında çox yorulmuşdum. Amma biz hamımız bir komandayıq. Gərəkli olanı bacardıq".
Qeyd edək ki, Argentina millisi yarımfinalda Avropa təmsilçisi Hollandiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi