Sportal.az xəbər verir ki, Kataloniya klubu Çili millisinin futbolçusunun satışından 32 milyon avro qazanmaq fikrindədi. İstedadlı hücumçunun özü də "Emireyts"də çıxış etməyə qarşı deyil. Bu keçid yalnız Luis Suaresin "Barselona"ya transferindən sonra baş tutacaq.
Qeyd edək ki, daha əvvəl "Arsenal"ın Sançeslə şəxsi müqavilədə razılığa gəldiyi söylənilirdi.