Millimiz darmadağınla qələbə qazandı

10:32 - 7 İyul 2014

Rusiya klubu 5:1 hesabı ilə məğlub oldu
 
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Petroqrad" klubu ilə yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, qarşılaşma 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Orxan Məmmədov və Amid Nəzərov fərqlənib.

Xəbər xətti