Braziliya - Almaniya matçının baş hakimi müəyyənləşdi

12:19 - 7 İyul 2014

Oyun meksikalıya həvalə olundu
 
DÇ-2014-ün yarımfinalında baş tutacaq Braziliya - Almaniya matçının baş hakimi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu qarşılaşma meksikalı hakim Marko Rodriqesə tapşırılıb.

Qeyd edək ki, M.Rodriqes bundan əvvəl  qrup mərhələsində  İtaliya - Uruqvay görüşündə (0:1) baş hakimlik edib. Referi həmin matçda uruqvaylı Luis Suaresin rəqib futbolçu Corcio Kyellininin çiynini dişləməsini görməmişdi. Qarşılaşmadan sonra M.Rodriqes səhvə yol verdiyini etiraf etmişdi.

Xəbər xətti