Əfsanəvi futbolçu vəfat etdi

00:17 - 8 İyul 2014

Di Stefanonu xilas etmək mümkün olmadı
 
"Real”ın (Madrid) əfsanəvi futbolçusu olmuş Alfredo di Stefano 88 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, infarkt keçirən və süni komada olan di Stefanonun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, di Stefano futbolçu karyerasına 17 yaşında "River Pleyt" klubunda başlayıb. Argentina klubu ilə 6 dəfə ölkə çempionu olan əfsanəvi oyunçu 1953-ci ildə "Real"a transfer olunub.  O, 1953-1964-cü illərdə şərəfini qoruduğu Madrid klubunda 208 qol vurub.

1957 və 1959-cü illərdə "Qızıl top" mükafatına layiq görülən di Stefano 40 yaşında futbolçu karyerasını başa vurub.

Xəbər xətti