Komanda Rusiya klubu ilə gücünü sınayacaq
"Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından birindəki rəqibi müəyyənləşib.
Sportal.az apasport-a istinadən xəbər verir ki, cənub təmsilçisi Rusiyanın “Mordoviya” klubu ilə görüşəcək. Bu matç iyulun 18-də keçiriləcək. “Xəzər Lənkəran”la qarşılaşma “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yetirmələri üçün 2-ci yoxlama görüşü olacaq. Belə ki, iyulun 13-də son Rusiya çempionu MOIK-lə üz-üzə gələcək “Mordoviya” “Xəzər Lənkəran”dan öncə Serbiyanın “Rad” komandası ilə qarşılaşacaq. Bundan iki gün sonra isə onlar Lənkəran təmsilçisi ilə gücünü sınayacaqlar.
saytlarin hazirlanmasi