"Mən düşünmürəm ki, bu sözlər 25 ildi bu sahədə olan mənə yönəlib. Mən DNCG-nin işinə müdaxilə edə bilmərəm. Onların məlum tələbləri və müddəti var. Mən bütün sutkanı "Lans"ın Liqa 1-də çıxış etməsi üçün çalışıram. Əgər Hafiz Məmmədov olmasaydı, "Lans" indi olmazdı. Məmmədov hesab edir ki, DNCG ilə bağlı məsələ müsbət həllini tapacaq. Ötən həftə onlarla 8 saat danışıq apardıq".