Kloze dünya çempionatlarının tarixində yeni rekorda imza atdı

10:19 - 9 İyul 2014

Alman futbolçu liderdir
 
Almaniya millisinin hücumçusu Miroslav Kloze DÇ-lərdə tarixi  rekorda imza atıb.

Sportal.az xəbər verir ki, dünən DÇ-2014-ün yarımfinalında Braziliyaya qarşı keçirilən oyunda komandasının ikinci qolunun müəllifi Kloze dünya çempionatları final mərhələlərinin tarixində ən çox qol vuran futbolçu olub.

O, 23-cü matçında 16-cı qolunu vurmaqla 15 dəfə fərqlənən braziliyalı Ronaldonun rekordunu yeniləyib.

Xəbər xətti