Braziliyada ara qarışdı, bayraqlar yandırıldı FOTO

11:26 - 9 İyul 2014

Azarkeşlər məğlubiyyəti həzm etmir
 
Braziliya yığmasının Dünya Çempionatının yarımfinal mərhələsində Almaniya komandasına rüsvayedici məğlubiyyətindən (1:7) sonra San-Pauluda iğtişaşlar başlayıb.
 
Sportal.az milli.az-a istinadən xəbər verir ki, polisin məlumatına görə, insident matç sona çatdıqdan dərhal sonra baş verib. İğtişaşçılar azı 2 avtobus yandırıb, elektrik avadanlıqlar dükanını talan ediblər. Sosial şəbəkələrdə bir qrup azarkeşin Braziliya dövlət bayrağını yandırmasını əks etdirən fotoşəkillər yerləşdirilib.

İnsidentlər həmçinin məşhur Kopakabana çimərliyində də qeydə alınıb. Burada on minlərdə azarkeş matçı efir vasitəsi ilə izləyib. Məlumata görə, almanların 5-ci qolundan sonra yüzlərlə insan çimərlikdən Rionun küçələrinə axışıb.
 

Xəbər xətti