Sanko: "Xəzər Lənkəran"da xoşuma gələn o oldu ki..."

18:36 - 10 İyul 2014

Komandanın yeni transferi danışdı
 
"Xəzər Lənkəran"ın yeni transferi Alfred Sanko transfer ilə bağlı danışıb.
 
Sportal.az xəbər verir ki, Sierra Leone mətbuatına açıqlama verən yarımmüdafiəçi komanda üzvlərinin ona dəstək verdiyini bildirib:

"Yeni komandam və futbolçularla tanış olmağı səbirsizliklə gözləyirəm. “Xəzər Lənkəran”da xoşuma gələn odu ki, burada məşqçilərin və komandanın mənə olan dəstəyini hiss edirəm. Onlar mənə çox dəstək verir və bu səbəbdən də, özümü xoşbəxt hiss edirəm. “Xəzər Lənkəran” böyük klubdu və onu daha yuxarı səviyyələrə daşımaq üçün hazıram.

Xəbər xətti