Sportal.az xəbər verir ki, açıqlanan 20 nəfərlik heyətdə “Xəzər Lənkəran”ın yeni transferi Alfred Sankonun adı var.
Sanko hazırda “Xəzər Lənkəran”la birgə Sloveniya toplanışında iştirak etsə də, yeni komandasını erkən tərk etməli olacaq. Belə ki, Syerra-Leone millisi iyulun 19-da paytaxt Fritaunda Seyşel adaları ilə görüşəcək. Siaka Stivens adına stadionda “piratlar”a qarşı baş tutacaq görüş 2015-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunudu.
Qeyd edək ki, Syerra-Leone yığmasında “15” nömrəli formanı geyinən Alfred Sanko millisində 8 dəfə çıxış edib.