DÇ-2014-ün üçüncü yer uğrunda Braziliya və Hollandiya arasındakı oyunu idarə edəcək hakim müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu qarşılaşma Əlcəzairdan olan hakim 43 yaşlı Camal Haymudiyə tapşırılıb.
Qeyd edək ki, bu, hakimin mundialda idarə edəcəyi 4-cü qarşılaşmadır. Camal Haymudi bundan əvvəl Avtraliya – Hollandiya və Kosta-Rika – İngiltərə və Belçika – ABŞ görüşlərini idarə edib.