"Neftçala" qalib gəldi
Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində üçüncü oyununu keçirib.
Sportal.az xəbər verir ki, "təyyarəçilər" bu gün “AZAL Arena”da I divizion təmsilçisi “Neftçala” ilə qarşılaşıb.
Baş məşqçi Tərlan Əhmədovun əsasən düşərgədə olana bütün yeni futbolçuları sınamaq istədiyi görüş gərgin idman mübarizəsi şəraitində keçib. Ancaq AZAL 2 top buraxdıqdan sonra yalnız fərqi azaltmağa müəssər olub: 53-cü dəqiqədə Təmkinin ötürməsini Aydın dəqiq tamamlayıb. Belədə məğlubiyyətdən qaçmaq mümkün olmayıb.
Bu oyunda AZAL bu heyətlə mübarizə aparıb: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 65), Tural Nərimanov, Asif Mirili (Kərim Diniyev, 58), Xuan Fransisko Martines (Şəhriyar Rəhimov, 46), Valeri Kutsenko, Valid Xadraui (Orxan Lalayev, 36), Hüseyn Mehrəzman (Elmin Çobanov, 36), Aydın Qasımov, Təmkin Xəlilzadə, Vladislav Çeçelenko (Viktor İbekoyi, 36).
Qeyd edək ki, bundan öncə Azərbaycan tələbələr yığması (3:0) və “Rəvan” (3:0) ilə qarşılaşan komanda Bakı toplanışı çərçivəsində sonuncu oyununu iyulun 13-də keçirəcək. Bu görüşdəki sparrinq-rəqib hələ dəqiqləşməyib.
saytlarin hazirlanmasi