Hafiz Məmmədov İngiltərə klubu ilə əməkdaşlıqdan danışdı
"Bu, həm mənim, həm də ölkəm üçün fəxrdir. “Land of fire Azerbaijan” brendinin İngiltərənin köklü klubu ilə əməkdaşlığı bizi sevindirməyə bilməz”.
Sportal.az xəbər verir ki, bu sözləri İngiltərə “Şeffild Uensdey”inin sahibi Hafiz Məmmədov klubun saytına bildirib. Bu gün “Şeffild Uensdey” yeni mövsümdən oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) yazılan formalarla çıxacağını açıqlayıb.
H.Məmmədov xatırladıb ki, buna qədər Fransanın “Lans” və İspaniyanın “Atletiko” klubları ilə eyni məzmunlu əməkdaşlıq müqaviləsi imzalayıblar.
“Futbolun yarandığı "Steel" ilə əməkdaşlıq isə Azərbaycanı bu şəhərə yaxınlaşdırır” – deyə o bildirib.
saytlarin hazirlanmasi