"Bakı"nın yeni baş məşqçisi rəsmən məlum oldu

16:45 - 11 İyul 2014

Komanda türkiyəli mütəxəssisə tapşırıldı
 
"Bakı"ya yeni baş məşqçi təyin olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Seyidovun sözlərinə görə, bu, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi İbrahim Uzuncadır. Uzuncaya qapıçılarla işləyən məşqçi Muarrem Zekir kömək edir. Klub rəsmisi yeni məşqçilər heyətinin bu gündən əsas komanda ilə birgə çalışmalara başladıqlarını açıqlayıb.

 Əvvəlki baş məşqçi Milinko Pantiçə gəldikdə, Seyidov bildirib ki, serbiyalı mütəxəssis köməkçilərinin də "Bakı"dan ayrılmasını tələb edib. O, "Bakı"dakı maliyyə probleminin AFFA-nın da köməkliyi sayəsində həllini tapacağına ümid etdiyini bildirib. Qeyd edək ki, bu gün mətbuatda "Bakı"nın yeni baş məşqçisinin Novruz Əzimov olacağı yazılmışdı.

Xəbər xətti