Almaniya - Argentina finalının baş hakimi müəyyənləşdi

00:25 - 12 İyul 2014

Qarşılaşma italiyalıya tapşırıldı
 
Braziliyada keçirilən dünya çempionatının final oyununun baş hakimi müəyyənləşib.

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, həlledici qarşılaşma İtaliya Futbol Federasiyasından Nikola Ritssollinin başçılıq edəcəyi hakimlər briqadasına həvələ olunub.

FİFA-nın vitse-prezidenti Cim Boys və Hakimlər Departamentinin rəhbəri Massimo Buzakka məlumatı təsdiqləyib.

Xatırladaq ki, Almaniya və Argentina milli komandaları arasındakı final oyunu iyulun 13-də keçiriləcək.

Əlavə edək ki, M.Ritsolli "Bavariya" və "Borussiya" arasında 2013-cü ildə baş tutan Çempionlar Liqasının final qarşılaşmasını da idarə edib.

Xəbər xətti