Di Maria finalda oynaya bilər

20:15 - 12 İyul 2014

"Real"ın üzvü zədəsini sağaltmaq üzrədir
 
Dünya çempionatının final oyunu öncəsi Argentinanın əsas üzvlərindən olan Di Maria yeni zədəsini erkən sağalda bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə Belçika ilə 1/4 final oyununda zədələnən futbolçunun meneceri mətbuata açıqlamasında bildirib.
 
"Di Maria artıq sağalmaq üzrədir. Zədənin tez sağalması üçün özəl müayindən keçdi. Hazırda final oyununda oynamağı çox istəyir. Finalda oynamaq üçün əlindən gələni edir".

Xəbər xətti