"Xəzər Lənkəran" rəsmisi: "Gələcək qapıçı bunu nəzərə almalıdır"

00:01 - 13 İyul 2014

"Orxan Sadıqlıya əsas qapıçı gözü ilə baxırıq"
 
"Xəzər Lənkəran"da hələ də qapıçı transferi gecikir. Hazırda komandanın təlim-məşq toplanışında Orxan Sadıqlı və gənc Tərlan Qasımzadə iştirak edir.
 
Bu məsələyə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında belə münasibət bildirib:
 
"Bu transfer yaxın zamanda həll olunacaq. Biz Orxan Sadıqlıya əsas qapıçı gözü ilə baxırıq. Komandaya qoşulacaq qapıçı ikinci olacaq. Ona görə, o, bunu nəzərə almalıdır".
 
Digər bir məsələ isə komandada hələ də qapıçı hazırlığı üzrə məşqçinin olmamasıdır. Klub rəsmisi bu məsələyə də münasibət bildirib:
 
"Qapışı məşqçisi növbəti həftə içərisində komandaya qoşulacaq".

Xəbər xətti