"Xəzər Lənkəran" azarkeşlərinin nəzərinə: Oyun canlı yayımlanacaq, amma ...

09:54 - 13 İyul 2014

Cənub təmsilçisi ilk oyununa çıxır
 
Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubu bu gün növbəti yoxlama matçına çıxacaq.
 
Sportal.az xəbər verir ki, Oğuz Çətinin rəhbərlik etdiyi komanda “Karpatı” ilə üz-üzə gələcək. Sloveniyadakı 4 yoldaşlıq görüşünün hər birini canlı yayımlamaq istəyən klub bu məsələdə problemlə üzləşə bilər.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib:”Artıq 3 gündür ki, yoxlama görüşlərini yayımlamaq üçün data-kart axtarışına çıxmışıq. Matçın keçiriləcəyi stadionda internet yoxdur. Sloveniyada olan ən yüksək operator-provayderin- Sloveniya Telekomun data kartında isə sürət 1Mb belə çatmır. Odur ki, yayım zamanı hər zaman problem meydana gələ bilər”.

Xəbər xətti