Futbolçu niyə komandanı tərk edib?
AZAL-ın aparıcı futbolçusu Con Olureminin komandanı tərk etməsi barədə sizə özəl olaraq məlumat vermişdik.
Sportal.az xəbər verir ki, bu dəfə isə sizləri onun AZAL-dan ayrılmağının səbəbini bildirəcəyik, komandadan ayrılma xəbəri sizlərə çatdırdıqdan sonra redaksiyamıza onun gedişi ilə bağlı qısa məlumat daxil oldu. Həmin məlumatı təqdim edirik:
"Olureminin anası ABŞ-da avtomobil qəzasına düşüb və o Bakıya gəldiyi vaxt əvvəlcə məşqçilər korpusuna burada qala bilməyəcəyini, getmək istədiyini deyib. Araşdırmadan sonra, onun anasının durumu ortaya çıxıb. Klub rəhbərliyi ilə də görüşən Con Oluremi, bütün fikrinin anasının yanında olduğunu və komandaya belə məqamda kömək edə bilməyəcəyini deyib. AZAL ilə 1 illik müqaviləsi mövcud olan futbolçunun ailəsindəki bu vəziyyəti nəzərə alan təyyarəçilərin rəhbərliyi, müqaviləni qarşılıqlı şəkildə ləğv edərək, onun vətəninə getməsinə şərait yaradıb".
saytlarin hazirlanmasi