Braziliyadan daha bir rekord

12:06 - 13 İyul 2014

DÇ-2014-də “Sambaçılar” anti rekordlara imza atır
 
Mundialda Almaniyaya 7:1 hesabı ilə məğlub olan Braziliya Hollandiyaya da üçüncülük oyununda 3:0 hesabı ilə məğlub oldu.
 
Sportal.az xəbər verir ki,  oyunun 3-cü dəqiqəsində Robin van Persi, 16-cı dəqiqədə Blind, uzatma dəqiqələrində isə Viynaldum Braziliyanı məyus etdi. 
 
Biabırçı məğlubiyyət yaşayan Braziliya qapısında 14–cü qolu gördü. DÇ-2014 ev sahiblərinin ən çox qol gördüyü çempionat oldu.
 
“Sambaçılar” 1986-cı ildən sonra dünya çempionatlarında qapısında 14 qol görən son komanda oldu. 

Xəbər xətti