Çilili futbolçu İngiltərə yolunda
“Yuventus”un aparıcı futbolçusu Arturo Vidal daha bir İngiltərə klubunun maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”dən sonra “Mançester Siti” də çilili futbolçu uğrunda mübarizəyə qoşulub.
“Mançester Siti” PSJ-yə getməyə hazırlaşan Yaya Turenin yerini məhz Vidalla doldurmağı planlaşdırır.
İngiltərə klubunun mərkəz müdafiəçisi Matiya Nastasiç bu keçidin reallaşmasında mühüm rol oynaya bilər. Çünki Vidalin məxsus olduğu “Yuventus” öz növbəsində Nastasiçi heyətində görmək istəyir.
Qeyd edək ki, Turin klubu Arturo Vidali 50 milyon avroya satmağa hazırdır.
saytlarin hazirlanmasi