Fred daha Braziliya millisində oynamayacaq

12:55 - 13 İyul 2014

Forvard yığma karyerasını başa vurdu

 

Braziliyalı hücumçu Fred milli komandada karyerasını başa vurmaq qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, Fredin milli komandada son matçı Almaniyaya qarşı 1:7 hesablı məğlubiyyətlə sona çatıb.

 

Xatrladaq ki, Holllandiyaya qarşı üçüncülük matçında Fred ehtiyatda qalıb.

 

DÇ 2014-də 6 oyunda meydana çıxan Fred 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.  

Xəbər xətti