"Xəzər Lənkəran"ın zədəlisindən son xəbər

13:20 - 13 İyul 2014

"Ondan sonra yenə həkim yoxlanışından keçəcəm"
 
"Xəzər Lənkəran"ın gənc futbolçusu Kamran Abdullazadənin Türkiyədə toplanış zamanı zədələndiyi və zədəsini müalicə etdirmək üçün Azərbaycana qayıtdığı xəbərini vermişdik.
 
Futbolçu ayağının son vəziyyəti haqda məlumatı Sportal.az-a açıqlamasında bildirib:
 
"Zədəm günü-gündən daha da yaxşılaşır. Zədəmin sağalmağına 1 həftə qalıb, ondan sonra yenə həkim yoxlanışından keçəcəm. Ondan sonra hər şey məlum olacaq".

Xəbər xətti