Komanda ilk yoxlama oyununa çıxır
İyul ayının 8-dən başlayaraq Sloveniya toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün toplanış müddətində ilk yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, cənub təmsilçisi Bakı vaxtı ilə saat 21-də Ukraynanın premyer liqa təmsilçisi, Lvov şəhərinin “Karpartı” klubunu sınağa çəkəcək. Oyunun “Xəzər Lənkəran”Tv vasitəsilə canlı yayımlanması üçün bütün qüvvələr səfərbər olsa da yerli şəraitdə internet problemi yayımın keyfiyyətinə təsir edəcəyini də vurğulayaq.
Yeri gəlmişkən bu gün axşam məşqində “Xəzər Lənkəran”ın yeni transferi Rauf Əliyev də iştirak edib. Azərbaycan millisinin hücumçusu “Xəzər Lənkəran”ın toplanış müddətində transfer etdiyi 4-cü futbolçudur. Fernando Qabriel, Qalin İvanov, Alfred Sankoh və Rauf Əliyevlə yanaşı komanda fasilə dönəmində Rəşad Sadıqov və Aleksandr Şemonayevi də heyətinə qatıb.
saytlarin hazirlanmasi