Valensiya "Vest Hem" ə transfer olundu

15:23 - 13 İyul 2014

Ekvador millisinin üzvü  İngiltərədə oynayacaq


Ekvador millisinin və “Paçuka” klubunun hücumçusu Enner Valensiya növbəti mövsümdən Premyer Liqada forma geyinəcək.

 

Sportal.az xəbər verir ki,  DÇ-2014-də baxımlı oyunu ilə diqqətləri öz üzərinə yönəldən oyunçu ilə bir nəçə İngiltərə klubu maraqlansa da, nəhayət, Enner “Vest Hem” klubuna transfer olunub.

 

Bu barədə “Paçuka” klubunun prezidenti mətbuata rəsmi açıqlama verib.

Xəbər xətti