Millimiz qələbə qazandı, ikinci oldu

00:18 - 14 İyul 2014

Estoniya lider oldu
 
Moskvada çimərlik futbolu üzrə Avroliqa yarışı dünən başa çatıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığması son oyununda Moldova ilə qarşılaşıb.

Görüş futbolçularımızın 4:2 hesablı qələbəsiylə başa çatıb.

Xatırladaq ki, millimiz ilk oyununda Qazaxıstanla qarşılaşmışdı və 3:1 hesabıyla qalib gəlmişdi. Estoniya ilə matçda isə 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı.



Estoniya - 6 xal, Azərbaycan - 6, Moldova - 3, Qazaxıstan - 0.

Xəbər xətti