"İnter"in rəqibindən əzmkar oyun

01:11 - 14 İyul 2014

Komanda son 10 dəqiqədə iki qol vurdu
 
Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” İsveç çempionatında növbəti matçını keçirib.
 
Sportal.az xəbər verir ki, bu komanda 14-cü tur çərçivəsində doğma meydanda “Brommapoykarna” ilə qarşılaşıb.

Görüş 2:2 hesabıyla başa çatıb. Baxmayaraq ki, meydan sahibləri 80-ci dəqiqəyədək 2 cavabsız qolla məğlub durumda olub.

Qeyd edək ki, “Elfsborq” 14 turdan sonra 25 xalla dördüncü yerdə qərarlaşıb.

Xəbər xətti