"Barsa" daha bir hücumçu ilə vidalaşır

14:24 - 14 İyul 2014

Boyan Krkiç “Deportivo” yolunda 

 

Aleksis Sançesdən sonra "Barselona" daha bir hücumçusu ilə yollarını ayırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Boyan Krkiç növbəti mövsümü "Deportivo" klubunda keçirə bilər.

 

İspaniya mətbuatının yaydığı məlumata görə, artıq transfer yekunlaşmaq üzrədir. Ötən mövsümü "Ayaks"da icarə əsasında oynayan ispan forvardla "Stok Siti", "Torino" və "Malaqa" komandaları da maraqlanırdı.

 

 

Qeyd edək ki, dünən də İsak Kuenka “Barselona”dan “Deportivo”ya keçmişdi.

Xəbər xətti