O dünyasını dəyişib
Futbol üzrə Dünya Çempiyonatında Kamerun yığmasını təmsil edən futbolçunun atasını diri-diri yandırıblar.
Sportal.az xəbər verir ki, dünya çempionatı bitdikdən sonra Kamerun yığamasının üzvü Nikolas N'Kolounun atası
Akongonun meyidi tapılıb.
Onun meydinin özünə məxsus olan maşında aşkar edildiyi bildirilir.
Ekspertizanın nəticələrinə görə futbolçunun atası diri-diri yandırılıb.
Fransız mətbuatında qeyd olunub ki, bu cinayət DÇ-də pis nəticələr göstərən futbolçulara göz dağı olsun deyə törədilib.
Qeyd edək ki, həmin futbolçu 2010-cu ildə keçirilən DÇ zamanı da öz anasını itirmişdi.
saytlarin hazirlanmasi