DÇ-2014-ün ən yaxşıları bəlli oldu

20:25 - 14 İyul 2014

Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vuruldu

 

Həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gəldi. Məşhur “Marakana” stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilirdi. 1:0 hesabı ilə başa çatan matçın qalibi Almaniya komandası olub.

 

Sportal.az xəbər verir ki, Almaniya çempion olmaqla Cənubi Amerikada dünya kubokunu qazanan ilk Avropa komandası kimi tarixə düşdü. 

 

Yeganə qolu Mario Götze vurub. 

 

Turnirin yekunlarına görə, yaxşıların yaxşısı:

 

Ən düzgünlər

 

Bağlanış mərasimində Kolumbiya yığması “Fair play” (düzgün oyuna görə) mükafatına layiq görülüb. Bu mükafat “fair play”-ın ən yaxşı tərəflərini nümayiş etdirən komandaya verilir. Turnirdə 5 oyun keçirən kolumbiyalılar 5 sarı vərəqə alıblar. Hakimlər Kolumbiya oyunçuları tərəfindən 91 qayda pozuntusu qeydə alıblar.

 

Ən yaxşı gənc oyunçu

 

Fransa yığmasının 21 yaşlı yarımmüdafiəçisi Pol Poqba dünya çempionatının ən yaxşı gənc oyunçusu seçilib. O, komandasının 5 oyununda iştirak edib və nigeriyalılarla oyunda bir top vurub. Həmin görüşdə Poqba matçın ən yaxşı oyunçusu seçilmişdi.

 

Ən yaxşı oyunçu

 

Mundialın nəticələrinə görə, “Qızıl top” Argentina yığmasının hücumçusu Lionel Messiyə verilib. O, çempionatda 7 oyun keçirib və 4 qol, 1 qol vəziyyəti ilə yadda qalıb. “Gümüş top”un sahibi alman Tomas MülleR oldu (7 oyunda 5 qol, 3 yaxşı pas), “Bürünc top” isə Holland Aryen Robbenə (7 oyunda 3 qol) qismət oldu.

 

Ən sərrast oyunçu

 

“Qızıl buts” mükafatı kolumbiyalı Xames Rodrigesə verildi. O, çempionatda 5 oyun keçirib və 6 dəfə fərqlənib.

 

“Gümüş buts”un sahibi alman Tomas Müller (7 oyunda 5 qol), “Bürünc butsun” sahibi isə braziliyalı Neymar (5 oyunda 4 qol) oldu.

 

Ən yaxşı qapıçı

 

DÇ-2014-ün ən yaxşı qapıçısının adı açıqlanıb. məlumatına görə, bu, mundialın qızıl medallarını qazanan Almaniya millisinin qapıçısı Manuel Noyerdir.  

Xatırladaq ki, təcrübəli qapıçı çempionat ərzində qapısından cəmi dörd qol buraxıb

 

 

Rekord məhsuldarlıq

 

Futbol üzrə Braziliyada keçirilən 2014-cü il dünya çempionatı turnir çərçivəsində vurulmuş qolların sayına görə record göstəricini təkrarladı.

 

 

Rekord göstərici 1998-ci il Fransada qeydə alınmışdı (171 qol).

Xəbər xətti