"Xəzər Lənkəran" problemi bu həftə həll edəcək

00:18 - 15 İyul 2014

Cənub klubu iki məşqçi arasında seçim etməlidir
 
"Xəzər Lənkəran" növbət mövsüm üçün hazırlıqlarını Sloveniyada davam etdirir.
 
Sportal.az xəbər verir ki, komandanın bir problemi hazırda qapıçı məşqçisi olmamasıdır. Belə ki, heyətdə yer alan iki qapıçı Orxan Sadıqlı və Tərlan Qasımzadə bir-birlərinə məşq keçir.
 
Klubdan verilən məlumata görə, bu problem bu həftə öz həllini tapmaldır. Belə ki, hazırda bu posta iki namizəd var və danışıqlar gedir. Cənub klubu öz seçimin seçib bu həftə içərisində məşqçisi toplanışa dəvət edəcək.

Xəbər xətti