"Liverpul"u məyus edən açıqlama

14:32 - 15 İyul 2014

Şakiri satılmır
 
“Bavariya” rəsmisi Matias Zammer adı son zamanlar tez-tez “Liverpul”la hallanan isveçrəli futbolçu Xerdan Şakiri barədə danışıb. 
 
 
Sportal.az xəbər verir ki, transfer iddialarına son qoyan Zammer Şakirini satmaq istəmədiklərini deyib: “Xerdan gələcək üçün əhəmiyyətli bir futbolçudur. Onu satmayacağıq”. 
 
 
“Liverpul” Luiz Suaresin yerini Şakiri ilə doldurmağı planlaşdırır və bu transfer üçün 19 milyon avro ödəməyə hazır olduğu bildirilirib.

Xəbər xətti