"Valletta" - "Qarabağ" matçı İsmayıl Abdullayevə tapşırıldı

16:00 - 15 İyul 2014

Qarşılaşma "İdman Azərbaycan"da yayımlanacaq
 
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Valletta” - “Qarabağ” oyununu ölkəmizdə “İdman Azərbaycan” kanalı canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, artıq matçı kimin şərh edəcəyi bəllidir. Belə ki, bu görüşü emosional şərhçiliyinə görə seçilən İsmayıl Abdullayev şərh edəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:30-da start götürəcək.

Xəbər xətti