Almaniya yığmasının FİFA-dan alacağı məbləğ bilindi

18:22 - 15 İyul 2014

Argentina üçün 25 milyon
 
Braziliyada keçirilən dünya çempionatı başa çatandan sonra Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) turnirin 576 milyon dollara bərabər mükafat fondunu 32 komanda arasında onların çıxışlarından asılı olaraq bölüşdürəcək.
 
Sportal.az xəbər verir ki, ən böyük məbləğ mundialın qalibi Almaniya yığmasına çatacaq. Bu komanda Rio-de-Janeyrodan Dünya Kuboku ilə birlikdə 35 milyon dollar aparacaq. Finalda uduzmuş Argentina komandası qalibdən 10 milyon dollar az alacaq. Dünya birinciliyinin bürünc mükafatçıları – Braziliya və Hollandiya yığmaları hərəyə 22 milyon, dörddə bir final mərhələsinə çıxmış komandalar isə hərəyə 14 milyon dollar alacaq. Bundan əlavə, təşkilati xərclərin kompensasiyası kimi hər komandaya 1,5 milyon dollar ödəniləcəkdir. Bütün vəsaitlər müvafiq milli federasiyaların hesablarına köçürüləcək.

Xəbər xətti