"Qalatasaray" İtaliya millisinin futbolçusuna elçi düşdü

13:28 - 16 İyul 2014

Darmian Prandellinin hədəfində

 

"Qalatasaray" İtaliyanın "Torino" klubunun futbolçusu və eyni zamanda İtaliya millisinin müdafiəçisi Matteo Darmianı transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu oyunçu üçün 7 milyon avro təklif edib. Bu keçiddə "cimbom"un yeni baş məşqçisi Çezare Prandelli maraqlıdır.

 

Mütəxəssis Darmianla İtaliya millisində çalışdığı üçün bu transferin baş tutmasını istəyir.  Amma, "Torino"nun futbolçu üçün 12 milyon avro istədiyi deyilir.

Xəbər xətti