Madriddə kosta-rikalı qapıçı

17:10 - 16 İyul 2014

Keylor Navas ispan klubunda
 
"Real"ın (Madrid) 2-ci qapıçısı Dieqo Lopez komandadan ayrıla bilər.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi mundialda super çıxışı ilə yadda qalan Kosta Rikalı qapıçı Keylor Navası transfer etməyi planlaşdırır.
 
“Kral” klubunun bu transfer üçün "Levante"yə 8 milyon, Navasa isə 2 milyon avro verməsi gözlənilir.

Xəbər xətti