AZAL Türkiyədə start verdi

10:46 - 17 İyul 2014

Komanda hazırlığını davam etdirir
 
Yeni mövsümə hazırlığını davam etdirən AZAL təlim-məşq toplanışının ikinci mərhələsi üçün ötən gün Türkiyənin Bolu şəhərinə yollanıb.
 
Sportal.az xəbər verir ki, səhər saatlarında yola çıxan komanda üzvləri qardaş ölkənin vaxtı ilə günorta saatlarında məskunlaşacağı Boluya çatıb.

“Təyyarəçilər” burada “Koru” otelini məskən seçib. Axşam saatlarında komanda üzvləri ilk məşqinə çıxıblar.

Xəbər xətti