Antuan Qrizman Premyer Liqa yolunda

15:35 - 17 İyul 2014

"Çelsi" heyətini gücləndirməkdə davam edir

 

 

Fransa millisinin və “Real Sosyedad” klubunun yarımmüdafiəçisi Antuan Qrizman Premyer Liqada forma geyinməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, Londonun “Çelsi” klubu yay transfer pəncərəsi açılandan oyunçunu heyətinə qatmağı planlaşdırır.

 

İngiltərə mətbuatının verdiyi xəbərə görə, London təmsilçisi oyunçu üçün “Real Sosyedad” klubuna 25 milyon funt sterlinq təklif edib.

Xəbər xətti