“Yuventus” Vidalı satmaqdan imtina etdi

16:23 - 17 İyul 2014

“Vidal “Yuventus”da xoşbəxtdir”

 

“Yuventus”un baş direktoru Cüzeppe Marotta klubun yarımmüdafiəçi Artur Vidalı satmağa hazırlaşmadığını bəyan edib.

 

Sportal.az xəbər verir ki, o, bu barədə Massimiliano Alleqrinin baş məşqçi təyinatına həsr olunan mətbuat konfransında bildirib.

 

Xatırladaq ki, Çili yığmasının 27 yaşlı futbolçusu ilə “Mançester Yunayted” maraqlanırdı.Marotta isə məsələyə nöqtə qoyub: “Vidal satılmır. O, komandanın ən vacib oyunçularından biridir. Vidal “Yuventus”da xoşbəxtdir”.

Xəbər xətti