Tərlan Əhmədovun komandası İran millisi ilə qarşılaşır

01:24 - 18 İyul 2014

AZAL-ın bütün rəqibləri məlum oldu
 
Hazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu müddətdə - iyulun 28-nə qədər 5 yoxlama görüşü keçirəcək.
 
Sportal.az xəbər verir ki, artıq yoxlama matçlarındakı rəqibləriin adlarına tam aydınlıq gəlib.

Komandamız ilk oyununu bu gün keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq.

Bundan sonra isə 2 dəfə Türkiyə Super Liqası təmsilçisi ilə qarşılaşma baş tutacaq. Belə ki, ayın 20-də “Mersin İdman Yurdu”, 23-də isə “Balıkesirspor”la oyunlar keçiriləcək.

AZAL iyulun 25-də son mövsümün yükunlarına görə Super Liqadan PTT 1-ci liqaya düşmüş “Antalyaspor” ilə üz-üzə gələcəksə, Boludakı son matçda rəqib Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan “Kolxeti 1913” olacaq

Xəbər xətti