"Mərakeşdən mənimlə heç kim əlaqə saxlamayıb"
Mərakeşin "Vidad" klubunun "Xəzər Lənkəran"ın braziliyalı hücumçusu Junior Nildo ilə maraqlandığı xəbərini vermişdik.
Sportal.az xəbər verir ki, Nildo bu məsələyə Mərakeş mətbuatına verdiyi açıqlamada aydınlıq gətirib:
"Vidad" klubunun mənimlə maraqlandığı haqda mən də eşitmişdim. Lakin nə həmin komandanın baş məşqçisi Con Toşak, nə də ki klub rəsmilərindən heç kim mənimlə əlaqə saxlamayıb. Və indidən sonra komandadan ayrılmağım real deyil. Növbəti mövsümü də "Xəzər Lənkəran"da keçirəcəm"
saytlarin hazirlanmasi