Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun komandası İranın U-21 millisi ilə qarşılaşıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. AZAL-ın qollarını baxışda olan Cimmi Duqlas və kapitan Rəşad Abdullayev vurub.
Qeyd edək ki, “təyyarəçilər” növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək. Rəqib Türkiyə superliqasının təmsilçisi "Mersin İdman Yurdu" olacaq.