UEFA-dan daha bir yenilik

10:44 - 19 İyul 2014

Sarı kartla bağlı dəyişiklik
 
UEFA sarı kart cəzası ilə bağlı yeni qərarını ictimaiyyətlə bölüşüb .
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun yeni qəbul etdiyi qərara görə, Avrokubok yarışlarında 1-4 mərhələsindən sonra sarı kart cəzası olmayacaq. Belə ki, bu mərhələyədək sarı kart limitini aşan oyunçular cəzasını çəkəcək . Yarım final qarşılaşmalarında isə sarı kartı olan oyunçuların cəzası silinəcək. Qeyd edək ki, UEFA bu qərarı ilk olaraq 2012-ci ildə Ukrayna və Polşada keçirilən Avropa çempionatında istifadə etmişdir. Xatırladaq ki, ən son “Real Madrid”in yarımmüdafiəçisi Xabi Alonso “Bavariya” ilə görüşdə növbəti sarı kart cəzası alaraq final görüşünü buraxmalı olmuşdur.
 

Xəbər xətti