"Xəzər Lənkəran" "Arsenal"la qarşılaşacaq

12:04 - 19 İyul 2014

Son rəqib də məlum olub
 
Yeni mövsümə Sloveniyada hazırlaşan "Xəzər Lənkəran"ın növbəti yoxlama görüşündəki rəqibi bəlli olub.

Sportal.az xəbər verir ki, cənub təmsilçisi iyulun 27-də Rusiyanın "Arsenal" komandası ilə üz-üzə gələcək.

Bu haqda Tula klubunun rəsmi saytı xəbər yayıb. İyulun 19-da Serbiyanın "Rad", 23-də İngiltərənin "Şeffild Uenzdey" komandaları ilə qarşılaşacaq "Arsenal"ın son sınaqçı rəqibi məhz Lənkəran təmsilçisi olacaq.

Qeyd edək ki, "Arsenal" bu il Rusiya Premyer Liqasına vəsiqə qazanıb.

 

Xəbər xətti