Morata “Yuventus”da
"Yuventus"un uzun müddətdi Madrid "Real"ı ilə apardığı danışıqlar nəticəsini verib.
Sportal.az xəbər verir ki, "Kral klubu"nun fovardı Alvaro Morata "Yuve"ylə anlaşıb.Hücumçu müqavilə imzalamaq üçün artıq Turinə gəlib. Keçidin yaxın saatlarda rəsmiləşəcəyi bildirilir.
Transfer "Qoca Sinyora"ya 18 milyon avroya başa gələcək. Madrid klubunun sonradan futbolçunu yenidən satın almaq hüququ olacaq.
Ötən mövsüm 23 qarşılaşmada forma geyən Morata 8 dəfə fərqlənmişdi.
saytlarin hazirlanmasi