Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın futbolçularına istirahət verilib.
Sportal.az xəbər verir ki, komanda bu gün məşq etməyəcək.
Ötən gün Latviyanın "Yurmala" klubunu 3:1 hesabı ilə yenən "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin yetirmələrinə bir günlük istirahət etmək imkanı yaradıb. Komanda sabahdan məşqləri bərpa edəcək.