Paytaxt klubundan növbəti transfer FOTO

23:06 - 19 İyul 2014

Ramos rəsmən AZAL-da
 
Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha öncə Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə bağlayan, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürən "təyyarəçilər" 7-ci transferini gerçəkləşdirib.
 
Honduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra “təyyarəçilər”in şərəfini qoruyacaq.
 
 
 

 

Xəbər xətti