Kolumbiyalı futbolçu "Monako"da qalır

15:36 - 20 İyul 2014

Falkao söz-söhbətlərə son qoydu: "Monako"nun futbolçusuyam"

 

 

Kolumbiya millisi və "Monako"nun hücumçusu Radamel Falkao zədəsi və gələcək taleyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, yeni mövsümə hazırlaşan ulduz futbolçu haqqında gəzən transfer dedi-qodularına da aydınlıq gətirib:

 

"Yaxşı forma yığıb, "Monako" və milli komandaya xeyir vermək istəyirəm. Hazırkı məqamda "Monako"nun futbolçusuyam və başqa heç nə deyə bilmərəm".

 

Qeyd edək ki, Falkaonun adı "Real"la hallanırdı

Xəbər xətti